8 C
Baku
Sunday, January 29, 2023

Qırğızıstan-Özbəkistan sərhədlərinin delimitasiya prosesi yekunlaşıb

Qırğızıstan parlamenti bu gün Özbəkistanla sərhəddəki sonuncu mübahisəli ərazi ilə bağlı razılaşma layihəsini qəbul edib.

Parlamentarilər iki ölkə XİN başçılarının noyabrın əvvəllərində Kempir-Abad su anbarı ilə bağlı razılaşmanı təsdiq edərək iki ölkə arasında delimitasiya və demarkasiya prosesinə yekun vurub.

Qərarın lehinə 90 deputatdan 60-ı səs verib, 19 deputat əleyhinə çıxıb.

Sərhədlə bağlı sənəd Qırğızıstan və Özbəkistan prezidentləri Sadır Japarov və Şavkat Mirziyoyevin imzasından sonra qüvvəyə minəcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər
X