Qırğızıstan hökuməti rəsmi Bişkekə Özbəkistanın Sox anklavında yerləşən yeraltı qaz anbarından birgə istifadəni təklif edib.
Bunu Özbəkistanın energetika naziri Jurabek Mirzamaxmudov Özbəkistan Milli Xəbər Agentliyinə (UzA) müsahibəsində bildirib.
Qeyd olunub ki, qaz anbarının əsas hissəsi Qırğızıstan ərazisində, kompressorlar isə Özbəkistan ərazisində yerləşir və bu səbəbdən obyektin birgə istifadəsi ilə bağlı danışıqlar aparılır.
Nazir qeyd edib ki, “Şimali Sox” yeraltı qaz anbarının həcmi 3 milyard kubmetrə qədərdir və Özbəkistan tərəfi qış mövsümündə oradan 1.3 milyard kubmetrədək qaz istifadə edə bilər.
Xatırladaq ki, “Şimali Sox” yeraltı qaz anbarı 1976-cı ildə eyniadlı qaz yatağın bazasında tikilib və uzun müddət ərzində istifadə olunmayıb.