14 C
Baku
Sunday, November 24, 2024

Qırğızıstan parlamenti dövlət bayrağının dəyişdirilməsi barədə qanun layihəsini təsdiqləyib

Qırğızıstan parlamentinin deputatları respublikanın dövlət bayrağının dizaynının dəyişdirilməsini nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul ediblər.

Qırğızıstan parlamentində keçirilən səsvermədə 66 deputat qanun layihəsinin lehinə, 8 nəfər isə əleyhinə səs verib.

“Qırğızıstan Respublikasının dövlət rəmzləri haqqında” qanuna dəyişikliklər edilməsi barədə” qanun layihəsi noyabrın 28-də parlamentin Konstitusiya qanunvericiliyi, hökumət strukturu, məhkəmə-hüquq məsələləri və reqlament komitəsinin üzvləri tərəfindən təsdiqlənib.

Qeyd edək ki, Qırğızıstanın dövlət bayrağının hazırkı variantı 1992-ci ilin mart ayında parlament tərəfindən qəbul edilib və dizaynı indiyədək dəyişməyib.

 

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər