Qırğızıstan Prezidenti Sadır Japarov Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə avqustun 20-də Budapeştə işgüzar səfər edəcək.
Bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
O, milli bayram münasibətilə keçiriləcək tədbirlərdə və avqustun 19-dan 29-dək atletika üzrə dünya çempionatında iştirak edəcək.
Səfər çərçivəsində qırğız lideri Orbanla danışıqlar aparacaq. Onlar ikitərəfli əməkdaşlığın aktual məsələlərini və qarşılıqlı fəaliyyət perspektivlərini müzakirə edəcəklər.