12 C
Baku
Saturday, November 23, 2024

Qırğızıstan Prezidenti: “Hakimiyyətin seçkilərə təzyiqi təsdiqlənsə, istefa verərəm”

“Seçkidə iştirak edənlərin səslərinin oğrulanması və ya bülletenin dəyişdirilməsi ilə bağlı verdikləri bəyanat tamamilə cəfəngiyyatdır”.

Bunu Qırğız Respublikasının Prezidenti Sadır Japarov “Arıba” saytına müsahibəsində noyabrın 28-də ölkə parlamentinə seçkilərin nəticələrindən danışarkən bildirib.

“Bütün müşahidəçilər, o cümlədən beynəlxalq təşkilatlar seçkiləri yüksək qiymətləndiriblər. Əgər seçkidə pozuntular və saxtakarlıq olsaydı, onlar bütün dünyaya Qırğızıstanda “səslər oğurlanıb” deyə bağırardı. Ölkədə seçki məntəqəsinin 31 min üzvü var. Mərkəzi Seçki Komissiyasının bütün üzvləri hakimiyyət tərəfindən səslərin oğurlanması ilə bağlı onlara təzyiq göstərildiyini bəyan etsələr, həmin an mən istefa verərəm”, – o bildirib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər