Qırğızıstan prezidenti Sooronbay Jeenbekov istefa verdiyini açıqlayıb.
“Mənim üçün Qırğızıstanda sülh, ölkənin bütövlüyü, xalqımızın birliyi və cəmiyyətdəki əmin-amanlıq hər şeydən üstündür. Mən hakimiyyəti əlimdə saxlamağa çalışmıram. Qırğızıstan tarixində qan tökən və öz vətəndaşlarına atəş açan bir prezident kimi qalmaq istəmirəm. Buna görə istefa vermək qərarına gəldim”, – Jeenbekov bildirib.
Banker.az “Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin mətbuat xidməti məlumat verib.