8 C
Baku
Bazar, Yanvar 23, 2022

Qırğızıstan Prezidenti KTMT-nin bugünkü sammitində iştirak etməyəcək

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bu gün videoformatda keçiriləcək sammitində iştirak etməyəcək.

“RİA Novosti” xəbər verir ki, bu barədə dövlət başçısının Mətbuat Xidməti məlumat yayıb.

Sammitdə Qırğızıstan Prezidentini Baş nazir Akılbek Japarov əvəzləyəcək.

Qeyd edək ki, bu gün KTMT-nin üzv ölkələrin liderləri Qazaxıstandakı mövcud vəziyyəti müzakirə etmək məqsədilə videokonfrans vasitəsilə fövqəladə toplantı keçirəcəklər.

Mənbə:Report
Son xəbərlər
Oxşar xəbərlər