Qırğız Respublikasının Prezidenti Sadır Japarov MDB-yə üzv dövlətlərin bu gün Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək qeyri-rəsmi zirvə toplantısında iştirak etməyəcək.
Bunu dövlət başçısının mətbuat katibi Erbol Sultanbayev bildirib.
Məlumata görə, sammitin qeyri-rəsmi bölməsində Rusiya Prezidenti Vladimir Putin və Tacikistan Prezidenti Emomali Rahmonun 70 illik yubileyi qeyd ediləcək.
Xatırladaq ki, MDB-nin qeyri-rəsmi zirvə toplantısı sonuncu dəfə 2021-ci il dekabrın 28-də keçirilib. MDB 1991-ci ildə yaradılıb. Birliyə Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan və Ermənistan daxildir.