9 C
Baku
Sunday, November 17, 2024

Qırğızıstan Prezidenti öz səlahiyyətlərini artırıb

Qırğızıstan Prezidenti Sadır Japarov öz səlahiyyətlərini əhəmiyyətli dərəcədə artıran “Qırğızıstan Respublikasının Nazirlər Kabineti haqqında” qanunu imzalayıb.

Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Qanuna əsasən Japarov artıq öz təşəbbüsü ilə Baş naziri və Nazirlər Kabinetinin üzvlərini istefaya göndərmək hüququna malikdir.

Bundan əlavə, qanunda hökumət üzvünün vəzifəsindən istefaya göndərilə biləcəyi səbəblər açıqlanıb.

Qanunda Nazirlər Kabineti üzvləri üçün də müəyyən məhdudiyyətlər var. Məsələn, onlar seçki kampaniyaları zamanı sahibkarlıq fəaliyyəti ilə məşğul ola və inzibati resurslardan istifadə edə bilməzlər.

Qeyd edək ki, daha əvvəl Qırğızıstanda bir neçə dəfə hökumət böhranı baş verib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər