28 C
Baku
Saturday, July 27, 2024

Qırğızıstan prezidenti parlament seçkilərinin nəticələrinin ləğv edilməsini istisna etmir

Qırğızıstan prezidenti Sooronbay Jeenbekov parlament seçkilərinin nəticələrinin ləğv edilməsini istisna etmir. Banker.az xəbər verir ki, bu barədə onun mətbuat katibi Tolqonay Stamaliyeva məlumat verib.

“Mövcud vəziyyəti nəzərə alaraq dövlət başçısı MSK-ya qanun pozuntuları ilə əlaqədar materialları parlament seçkilərinin nəticələri ləğv edilənə qədər diqqətlə öyrənməsini tövsiyə edir”, – mətbuat katibi deyib.

Onun sözlərinə görə, hal-hazırda prezident Bişkekdədir və “vəziyyəti idarə edir”. Jeenbekov ölkəni qanuni yolla tənzimləməyə çalışacaq. Bu ilk növbədə parlament seçkilərinə aiddir.

Son xəbərlər
Digər xəbərlər