2 C
Baku
Saturday, December 14, 2024

Qırğızıstan-Tacikistan sərhədində döyüşlər gedir – Yenilənib

Qırğızıstan və Tacikistan sərhədində sərhədçilər arasında atışma baş verib.

Bu barədə Qırğızıstanın Dövlət Təhlükəsizlik Komitəsi məlumat verib.

Bildirilib ki, Tacikistan sərhədçiləri bir neçə istiqamətdə qırğız sərhədçilərinə atəş açıblar. Sərhəddə vəziyyət gərgindir.

***

Vəziyyətinin sabitləşdirilməsinə dair razılaşmaya baxmayaraq, Tacikistan Qırğızıstanla sərhəddə hərbi texnika cəmləyir.

Bu barədə Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

“Atəşin dayandırılmasına dair səylərə baxmayaraq, Tacikistan tərəfi sərhədə ağır texnika toplayır və arsenalındakı bütün silahlardan Qırğızıstan ərazisini atəşə tutaraq ərazimizi işğal etməyə çalışır”, – məlumatda deyilir.

***

Bütün Tacikistan-Qırğızıstan sərhədi boyunca döyüşlər gedir.

Bu barədə Tacikistan Sərhəd Xidməti məlumat yayıb.

Sərhəd Xidməti Qırğızıstan tərəfinin sərhədyanı kəndləri, yaşayış sahələrini atəş altında saxladığını bildirib.

Döyüşlərdə ağır və atıcı silahlardan istifadə olunduğu bildirilib.

***

Tacikistan-Qırğızıstan sərhədinin bütün perimetrində vəziyyət gərgin olaraq qalır.

Qırğızıstan qarşı tərəfin tanklardan, BMP-lərdən və minaatanlardan istifadə etdiyini və 11 hərbçisinin yaralandığını bəyan edib.

Tacikistan isə Qırğızıstan hərbçilərinin ağır silahlardan istifadə edərək yeddi kəndi və bir postu atəşə məruz qoyduğunu bildirib. Tacikistanın İsfara şəhərinin rəsmiləri 1 mülki şəxsin həlak olduğunu, daha üç nəfərin isə yaralandığını bildiriblər.

Baş verən gərginliyə görə Bişkek və Düşənbə bir-birlərini günahlandırır.

***

Qırğızıstan-Tacikistan sərhədində toqquşmalar davam edir.

Qırğızıstan Tacikistanın “Lyakkan” və “Boqdari” sərhəd zastavalarını atəşə tutub.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sədri Stanislav Zas eskalasiya ilə əlaqədar Qırğızıstanın Təhlükəsizlik Şurasının katibi Marat İmanqulov və Tacikistan TŞ katibi Nəsrulla Mahmudzadə ilə telefonla əlaqə saxlayıb.

Tərəflərin dərhal atəşkəs elan edilməsi və danışıqlara başlanılması ilə bağlı danışdığı bildirilib.

 

MənbəApa
Son xəbərlər
Digər xəbərlər