Qırğızıstan-Tacikistan sərhədində yenidən atışma başlayıb. Xatırladaq ki, iki respublika sərhədindəki vəziyyət bir gün əvvəl kəskinləşib.
Banker.az bu barədə “İz.ru”ya istinadən xəbər verir.
Hadisədən əvvəl “Qolovnoy” su paylama məntəqəsi bölgəsində yerli sakinlər arasında qarşıdurma baş verib.
Qırğızıstan Səhiyyə və Sosial İnkişaf Nazirliyi sərhəddəki münaqişə nəticəsində 13 nəfərin öldüyünü bildirib. Son məlumata görə, toqquşmada 131 nəfər yaralanıb. Bundan əlavə, Qırğızıstanda onlarla yaşayış binası və məktəb yanıb.