11 C
Baku
Monday, November 25, 2024

Qırğızıstan-Tacikistan sərhədinin daha 47 km-lik hissəsi razılaşdırılıb

Qırğızıstan-Tacikistan sərhədində əlavə 47 km-lik hissə barədə razılığa gəlinib.

Bu barədə Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Hökumət qeyd edib ki, tərəflər digər sərhədyanı ərazilərin delimitasiyası üzrə işi davam etdirəcək.

Qeyd edək ki, Qırğızıstanla Tacikistan arasında dövlət sərhədinin uzunluğu təqribən 980 km-dir.

Onun delimitasiyası üzrə danışıqlar ötən ilin dekabrından davam edir.

Qırğızıstan Çin, Qazaxıstan, Özbəkistan və Tacikistanla həmsərhəddir. Sərhəd xəttində mübahisəli ərazilərin delimitasiyası və demarkasiyası prosesini yalnız Tacikistan tərəfi ilə başa çatdırmaq qalıb.

Xatırladaq ki, Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin rəhbəri Kamçıbek Taşiyev Bişkek və Düşənbənin iki ölkə arasında sərhəd xəttinin təxminən 90 faizi barədə razılığa gəldiyini bildirib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər