15 C
Baku
Friday, April 26, 2024

Qırğızıstan Tacikistanla sərhədə KTMT kontingentinin yerləşdirilməsini təklif edib

Qırğızıstan Tacikistanla sərhədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) kontingentinin yerləşdirilməsini təklif edib.

Bu barədə Qırğız Respublikasının müdafiə naziri Baktıbek Bekbolotov oktyabrın 19-da Bişkekdə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, KTMT-nin baş katibi Stanislav Zasla görüşdə bu təklifi irəli sürüb: “Mən baş katiblə bu yaxınlarda keçirdiyim görüşdə bildirdim ki, taciklərlə qırğızlar arasında sülh olmayacaq. Çünki hər iki tərəfin öz həqiqəti var”.

B.Bekbolotov deyib ki, iki dövət arasında üçüncü tərəf hakim rolunda çıxış etməyənədək sülh yaranmayacaq: “Tacikistan və Qırğızıstan arasındakı mübahisəli əraziyə atəşkəsə və ağır texnikanın sərhəddən çıxarılmasına nəzarət etmək üçün KTMT-nin azsaylı kontingentini yerləşdirmək lazımdır. Özbəkistanla Qırğızıstan arasında sərhədlərin müəyyənləşməsi işi çox yaxşı gedir”.

Qeyd edək ki, sentyabrın 16-da Qırğızıstanla Tacikistan sərhədindəki atışmalar nəticəsində 63 qırğız ölüb, 206-sı yaralanıb.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər