12 C
Baku
Saturday, November 23, 2024

Qırğızıstan “Türk İnvestisiya Fondunun yaradılması haqqında” sazişi ratifikasiya edib

Qırğızıstan Türk Dövlətləri Təşkilatı yanında “Türk İnvestisiya Fondunun yaradılması haqqında” sazişi ratifikasiya edib.

2023-cü ilin martında Ankarada imzalanmış sazişin ratifikasiyası haqqında qanunu Prezidenti Sadır Japarov imzalayıb.

Daha əvvəl bu sənədi Qırğızıstan parlamenti ratifikasiya edib.

Qeyd edək ki, Türk İnvestisiya Fondunun nizamnamə kapitalı 500 milyon ABŞ dolları təşkil edəcək. Fondun nizamnamə kapitalı hər birinin nominal dəyəri 50 min ABŞ dolları olan 10 min səhmə bölünməlidir.

Azərbaycan Milli Məclisi “Türk İnvestisiya Fondunun yaradılması haqqında” sazişi 2023-cü il mayın 30-da ratifikasiya edib. Prezident İlham Əliyev isə iyunun 14-də sazişin təsdiq edilməsi haqqında qanunu imzalayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər