Qırğızıstan Türkiyədən daha bir pilotsuz uçuş aparatı alıb.
Bu barədə Qırğızıstan Prezidentinin Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, “Anka” zərbə dronunun uçuş məsafəsi 250 km-ə qədərdir. Pilotsuz təyyarə 30 saat havada qala bilir.
Hərbi texnika 350 kq-a qədər yük daşıya bilir.
Xatırladaq ki, Qırğızıstan bundan əvvəl Türkiyədən “Bayraktar”, “Akıncı” və “Aksunqur” PUA-ları alıb.