Qırğız Respublikası Türkiyə istehsalı olan “Aksunqur” pilotsuz uçuş aparatı (PUA) alıb.
Bu barədə ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədri Kamçıbek Taşiyev sosial şəbəkədə məlumat verib.
“İndi “Aksunqur” da bizimdir!”, – o bildirib.
Xatırladaq ki, “Aksunqur” pilotsuz uçuş aparatını Türk Aviasiya və Kosmos Sənayesi (TÜSAŞ) şirkəti istehsal edir. “Aksunqur” vizual və radio-kəşfiyyat, dəniz patrulları və zərbələrin endirilməsi üçün nəzərdə tutulub.