Qırğızıstan və Tacikistan daha 38.3 km sərhəd xəttini razılaşdırıblar.
İki ölkənin işçi qruplarının görüşü Qırğızıstanın Batkənd şəhərində keçirib.
İki ölkə arasındakı sərhədin uzunluğu 972 km-dir. Keçən ilin avqust ayına olan məlumata görə, onlardan təxminən 290 km-i razılaşdırılıb.
Qeyd edək ki, dekabrda Qırğızıstan dövlət milli təhlükəsizlik komitəsinin sədri Kamçıbek Daşiyev qeyd edib ki, Qırğızıstan və Tacikistan mübahisəli ərazilərin 90%-ni razılaşdırıblar.