16 C
Baku
Monday, May 13, 2024

Qırğızıstan və Tacikistan sərhədində atışma baş verib

Qırğızıstan və Tacikistan sərhədində sərhədçilər arasında atışma baş verib.

Bu barədə Qırğızıstanın Dövlət Təhlükəsizlik Komitəsi məlumat verib.

Bildirilib ki, sentyabrın 14-də Bulaq Başı deyilən ərazidə silah tətbiqi ilə insident baş verib. Qırğız sərhədçilərin Tacikistan hərbçilərinin razılaşmanı pozaraq sərhədin mübahisəli ərazisində döyüş mövqeyi tutduğunu müşahidə edib. Qırğız tərəfin qanuni tələbini rədd edən Tacikistan sərhədçiləri silah tətbiq ediblər. Cavab tədbiri kimi qırğız sərhədçilər də silah tətbiq edib.

Atışma zamanı tasikistan tərəfi minaatanlardan istifadə edib. Saat 09.30-a olan məlumata görə, atışma periodik davam edir. Qırğızıstan tərəfdə itki yoxdur.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər