7 C
Baku
Thursday, December 12, 2024

Qırğızıstanda dron və PUA-ların ixracı qadağan olundu

Rusiyaya tətbiq edilən sanksiyaların pozulması ilə bağlı iddialara qarşı Qırğızıstanda dron və Pilotsuz Uçuş Aparatlarının ixracı qadağan edilib.

Bu barədə Qırğızıstan Respublikasının prezidenti Sadır Japarov bildirib.

“Qırğızıstan müstəqil ölkədir. Bundan sonra da bütün ölkələrlə bərabərhüquqlu münasibətlər quracaq və çoxtərəfli xarici siyasət aparacağıq”, – deyə o əlavə edib.

Japarov Rusiya və Ukraynaya qarşı əvvəldən neytral mövqe tutduqlarını və bu mövqedən sadiq qalacaqlarını vurğulayıb.

Qeyd edək ki, Qırğızıstan ABŞ, Avropa İttifaqı və İngiltərə ilə məsləhətləşmələrdən sonra hərbi və “ikili istifadəli materialların” qeyri-qanuni ticarətinin qarşısını almaq üçün bir sıra tədbirlərə başladığını açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər