Qırğızıstanda ingilis dilini ikinci rəsmi dil etmək təklif olunub

“Qırğızıstanda bir neçə il sonra ikinci dil rus dili yox, ingilis dili olmalıdır”.

“Veçerniy Bişkek”ə istinadən, bunu Qırğızıstanın Sosial-Demokrat Partiyasının (QSDP) parlament fraksiyasının iclasında deputat Azamat Arapbayev deyib.

Deputat bildirib ki, Rusiyada Qırğızıstandan olan miqrantlar aşağı ixtisaslı işlərdə çalışırlar və bunun səbəbi ölkədə təhsilin keyfiyyətsiz olmasıdır.

“Uşaqlar 10-11 yaşından ingilis dilini öyrənsəydilər, indi Rusiyada yox, Avropada işləyərdilər. Qazancları da daha yüksək olardı. Buna görə də hökumət ingilis dilinin məktəblərdə 1-ci sinifdən tədris edilməsi məsələsini nəzərdən keçirməlidir”, – deputat vurğulayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər