Qırğızıstanın keçmiş xarici işlər naziri Ruslan Kazakbayev Ankarada səfir təyin edilib.
Bu barədə məlumatı Qırğızıstan Rəyasət Heyətinin Mətbuat Mərkəzi yayıb.
Qeyd edək ki, Kazakbayev 2020-ci ilin oktyabrından 2022-ci ilin aprelinə qədər xarici işlər naziri vəzifəsində çalışıb.
R.Kazakbayev 2005-2008-ci illərdə isə ölkəsinin İstanbul baş konsulu vəzifəsini icra edib.