Qırğız Milli Bankı Tacikistan ilə sərhəddə baş vermiş hadisələrdən zərər çəkmiş Batken və Oş vilayətlərinin sakinlərinin kreditlərini silinməsini təklif edib.
Milli Bank kommersiya banklarının, bank olmayan kredit təşkilatlarının (BOKT) və ixtisaslaşmış maliyyə-kredit təşkilatlarının müştərilərin daxil olan bütün müraciətlərinə baxması və onlara dəstək göstərməsi haqqında qərar qəbul edib.
Təklifə əsasən hadisələr nəticəsində ölənlərin, yaralananların, habelə biznesini və/və ya yaşayış əmlakını və s. itirmiş şəxslərin kreditlərinin silinməsi nəzərdə tutulub.