Qırğızıstanın Kənd Təsərrüfatı Nazirliyi Azərbaycana 100 baş yak göndərib.
Qırğızıstan KİV-ləri Nazirliyə istinadən yazır ki, heyvanların tədarükü prezident Sadır Japarovun bu ilin aprel ayında Azərbaycana rəsmi səfəri zamanı əldə olunan razılaşmalar çərçivəsində həyata keçirilib.
Qırğızıstan Milli Statistika Komitəsinin məlumatına görə, 2022-ci il yanvarın 1-nə respublikada yakların ümumi sayı 53.9 min baş təşkil edib.