14 C
Baku
Saturday, November 23, 2024

Qırğızıstanın Azərbaycandakı kredit biznesi ötən ili 3 mln.-luq mənfəətlə tamamladı

Qırğız kapitallı “M Bulak” Bank Olmayan Kredit Təşkilatı MMC ( əvvəlki Molbulak) 2021-ci il üzrə maliyyə nəticələrini açıqlayıb.

Banker.az xəbər verir ki, “M Bulak” BOKT ötən il ərzində faiz gəlirləri illik müqayisədə 28% azalaraq 6.1 milyon manata düşüb. Bununla belə, təşkilatın faiz xərcləri də kəskin azalaraq 47 min manata düşüb.

BOKT-un əmək haqqı gəlirləri azalaraq 1.87 milyon manata düşüb. Problemli kreditlər üzrə geridönüş 580 min manat təşkil edib.

Bununla da təşkilatın xalis mənfəəti 3.1 milyon manata təşkil edib. Öncəki ildə 309 min manat zərər var idi.

Xalis mənfəətdən sonra BOKT-un bölüşdürülməmiş mənfəəti 5.96 mln. manata çatıb.

KREDİT TƏŞKİLATI BÖYÜYÜB, BORCLARINI BAĞLAYIB

“M Bulak” BOKT-un aktivlərinin həcmi 7.5 faiz artımla 16.52 milyon manata çatıb. Bu artımda əsas səbəb isə təşkilatın əsas fəaliyyət istiqaməti olan kredit portfelinin 12.03 milyon manatdan 13.79 milyon manata qədər artmasıdır. Təşkilatın pul vəsaitlərinin həcmi 2.95 mln. manatdan 1.73 mln. manata qədər azalıb. Buradan məlum olur ki, BOKT əlindəki vəsaitləri kreditləşməyə yönəldib.

Hesabat dövründə, BOKT-un borc və vergi öhdəlikləri sıfırlanıb. Belə ki, ötən ilin əvvəlində 1.45 mln. manatlıq borc öhdəliyi və 497 min manatlıq  cari vergi öhdəliyi sıfırlanıb.

Xatırladaq ki, “M Bulak” 2005-ci ildən fəaliyyət göstərən “İnvest Kredit” MMC-nin bazasında 2011-ci ildə “Mol Bulak” adı ilə yaradılıb, 2020-ci ildə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 10,408 milyon manatdır. BOKT-nin təsisçisi Qırğızıstanın mikromaliyyə investoru olan “Gascoyne Investment Ltd.” şirkətidir.

3232323434 234342434 3453453534435

Son xəbərlər
Digər xəbərlər