25 C
Baku
Saturday, July 13, 2024

Qırğızıstanın daha bir bankı “Mir” kartlarına xidməti dayandırıb

Qırğızıstan İnvestisiya və Kredit Bankı (KICB) Rusiyanın “Mir” kartlarına xidmət göstərməyi dayandırıb. Bu barədə cümə axşamı kommersiya bankının rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.

“Bildiririk ki, bank “Mir” ödəniş sisteminin kartlarına xidmət göstərməyi müvəqqəti olaraq dayandırır”, – mesajda deyilir.

Qeyd edək ki, bu ilin sentyabr ayından bəri Qırğızıstanda bir çox banklar “Mir” kartları ilə işləməkdən imtina edib. Həmin banklar bunlar olub: Asiya Bankı, Halyk Bank, Demir Bank, Qırğızıstan, Kompanion, Bakai Bank, Ayıl Bank və Doskredobank.

Son xəbərlər
Digər xəbərlər