Qırğızıstanın “Ayıl Bank”ı Rusiyanın “Mir” ödəniş sisteminin kartlarına xidməti dayandırdığını açıqlayıb. Xatırladaq ki, daha əvvəl ölkə banklarının demək olar ki, yarısı “Mir”lə işləməkdən imtina edib.
Banker.az bu barədə “İnc.ru”ya istinadən xəbər verir.
Bank bunun texniki səbəblərdən baş verdiyini deyib. Oktyabrın 25-dən etibarən “Ayıl Bank”da “Mir” kartlarının qəbulu dayandırılır.