8 C
Baku
Sunday, November 17, 2024

Qırğızıstanın daha iki bankı “Mir” kartlarına xidməti dayandırıb

Qırğızıstanın daha iki bankı – “Bai Tushum” və “Optima-bank” Rusiyanın “Mir” kartlarına xidmət göstərməyi dayandırıb, Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.

Banklarda “Mir” kartlarına xidmətin dayandırılmasının səbəbləri açıqlanmır.

Xatırladaq ki, daha əvvəl Qırğızıstanda altı kommersiya bankı – “Qırğızıstan”, “Bakai-bank”, “Doskredobank”, “Kompanion”, “Bank od Asia”, “KICB” və “Aiyl Bank” Rusiyanın “Mir” kartlarına xidmətin dayandırıldığını elan etmişdi. Ümumilikdə respublikada 23 bank fəaliyyət göstərir.

Son xəbərlər
Digər xəbərlər