8 C
Baku
Sunday, November 17, 2024

Qırğızıstanın sabiq prezidenti azadlığa buraxılıb – Yenilənib

12:20

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev həbsdən azad olunub.

Bu barədə TASS onun ailə üzvlərinə istinadən məlumat yayıb.

Qeyd edək ki, bu gün Ali Məhkəmə Atambayev barəsində açılan cinayət işinə təkrar baxılması barədə qərar qəbul edib.

Atambayev ötən ilin yayında korrupsiya işi üzrə əmlakı müsadirə olunmaqla 11 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə hesab edib ki, 2013-cü ildə kriminal avtoritet Əziz Batukaevin həbsdən qanunsuz olaraq azad edilməsində Atambayevin əli olub.


11:13

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin mühakimə olunduğu cinayət işi yenidən baxılması üçün məhkəməyə göndərilib.

Bu barədə TASS məlumat yayıb.

Xatırladaq ki, Atambayevə qarşı dövlət çevrilişi hazırlamaq, adam öldürmək maddələri üzrə ittihamlar irəli sürülüb və həmçinin Bişkek İES-in 386 milyon dollara başa gələn yenidənqurma işləri ilə bağlı qalmaqalda adı hallanır.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər