26 C
Baku
Bazar ertəsi, May 23, 2022

Qırğızıstanla Tacikistan sərhədində növbəti atışma baş verib

Qırğızıstan və Tacikistan sərhədçiləri arasında bir gündə ikinci atışma çərşənbə axşamı iki dövlətin sərhədində baş verib.

Bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.

“2022-ci il aprelin 12-də dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsində silahdan istifadə ilə bağlı təkrar insident baş verib”, – məlumatda deyilir.

Bu dəfə atışma 30 dəqiqəyə yaxın davam edib, nəticədə bir qırğız əsgəri yaralanıb.

 

 

Son xəbərlər
Oxşar xəbərlər