“Qış yaxınlaşdıqca Qərb narahat olur”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, Rusiya-Ukrayna müharibəsinin təsirləri fərqli sahələrdə hiss edilir: “Qərb liderləri xalqlarını qışa hazırlaşmağa çağırır. Sülhə gedən yol isə təəssüf ki, açılmır”.
R.T.Ərdoğan söyləyib ki, rəsmi Ankara sülh üçün səmimi səylər göstərən yeganə dövlətdir: “Diplomatik uğurumuz bunun ən yaxşı nümunəsidir. Savaşın ilk günlərində bizi tənqid edənlər indi haqlı mövqeyimizi müdafiə edir”.