17 C
Baku
Friday, October 18, 2024

Qısa həyat hekayəsi

Dostlar haqqında:

Müdrik bir şəxsdən soruşurlar: Neçə növ dostluq var?

-Dörd – deyə o cavab verir. Qida kimi dostlar var – hər gün onlara ehtiyacın var. Dərman kimi dostlar var – özünü pis hiss etdikdə onları axtarırsan. Xəstəlik kimi dostlar var – onlar özləri səni tapır. Hava kimi dostla var – onları görmərsən, lakin daim səninlə olarlar.

Sözlər bizə necə təsir edir?:

İki dost söhbət edir:

— Mənim arvadım elə səliqəsiz və yöndəmsizdir ki! Həmişə ona bunu deyirəm və il keçdikdə o daha betər olur. Dostunu dinlədikdən sonra ikinci şəxs cavab verir:

— Mənim arvadım isə elə ağıllı, elə mükəmməl ev xanımıdır ki! İl keçdikcə o daha mükəmməl olur. Mən də həmişə ona bunu xatırladıram!

Ürək nə ilə zəngindirsə:

Bir dəfə bir neçə insan müdrik şəxs onların yanından keçdikdə bilərəkdən onu müzakirə etməyə başlayırlar. O haqqında deyilən hər bir şeyi eşidir, onlara təbəssüm ilə cavab verir və uğurlu gün diləyir. Bunu görən bir şəxs yaşlı müdrikdən soruşur:

-Sən onlara təbəssümlə cavab verdin və uğurlu gün dilədin, məgər sən onlara əsəbiləşmədin?

O cavab verir:

-Mən bazara gəldikdə cibimdə nə qədər pul varsa o qədərini xərcləyə bilərəm. İnsanlarla ünsiyyətdə də belədir: ürəyim nə ilə zəngindirsə onu da xərcləyə bilirəm.

Son xəbərlər
Digər xəbərlər