10 C
Baku
Thursday, December 12, 2024

Qismən səfərbərlik: Kimlər və nə qədər müddətə orduya çağırıla bilər?

Azərbaycanda qismən səfərbərlik elan edilməsi haqqında sərəncam imzalanıb.

“Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən, ümumi və ya qismən səfərbərlik Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilir.

Azərbaycan Respublikasına hərbi basqın təhlükəsi olduqda və ya fövqəladə vəziyyət şəraitində Azərbaycan Respublikası Prezidentinin hüququ var ki, səfərbərlik elan etmədən lazımi sayda hərbi vəzifəliləri üç ayadək müddətə ehtiyatdan hərbi xidmətə çağırsın. Azərbaycan Respublikası Prezidentinin müraciətinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi bu müddəti daha 3 ay uzada bilər.

Səfərbərlik elan olunarkən hərbi xidmətdə olan bütün şəxslər xüsusi sərəncam verilənədək xidmətdə saxlanılır, hərbi vəzifəlilər isə hərbi xidmətə çağırılır, həm də səhhətə görə möhlət və azadetmə istisna olmaqla bu Qanunun IV fəslində müəyyən edilmiş möhlətin və çağırışdan azadetmənin tətbiqi dayandırılır.

Səfərbərlik üzrə çağırılmalı olan hərbi vəzifəlilərin sayını Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Ali Soveti, müharibə dövründə sonrakı çağırışlar zamanı hərbi vəzifəlilərin sayını isə Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.

Müharibə dövründə səfərbərlik elan edilərkən və sonrakı çağırışlar zamanı 18 yaşından son yaş həddinədək hərbi vəzifəlilər və çağırışçılar, hərbi qeydiyyatda olmayan 18 yaşından 45 yaşınadək qadınlar hərbi xidmətə çağırıla bilər.

Müharibə dövründə səfərbərlik üzrə və sonrakı çağırışlar üzrə hərbi xidmətə vətəndaşları hərbi komissarlıqlar çağırırlar. hərbi komissarlıqları kənarda qoyaraq vətəndaşları hərbi xidmətə daxil etmək qadağandır.

Səfərbərlik elan edilərkən respublika iqtisadiyyatını plana-uyğun surətdə müharibə dövründə iş şəraitinə keçirmək və nazirliklərin, baş idarələrin, müəssisələrin, idarələrin fasiləsiz işini təmin etmək məqsədilə orada işləyən hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırışına və müharibə dövründə sonrakı çağırışlarına Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada möhlət verilə bilər.

Baku.ws

Son xəbərlər
Digər xəbərlər