26 C
Baku
Saturday, July 27, 2024

Qiymətlər bahalaşır: Azərbaycanın neftdən gəliri təkcə apreldə $2 mlrd.-ı ötəcək

Dünyada enerji daşıyıcılarının qiyməti Rusiya-Ukrayna müharibəsi və pandemiyadan sonra qlobal iqtisadiyyatların bərpası ilə ona yaranan  kəskin tələbə görə kəskin bahalaşır.

Banker.az xəbər verir ki, artıq bir neçə gündür neftin bir barelinin qiyməti 100 dolların ətrafından özünə rahat yer edib, ticarət olunur.

Brentin may fyuçerslərindəki qiyməti iki gün ərzində 100-116 dollar diapazonunda dəyişir.

Bu arada OPEC+ alyansına neftin qiymətlərindəki kəskin artımı səngiməsi üçün (əsasən də S.Ərəbistanı) müraciət edilsə də, onlar öz bildiyi plandan kənara çıxmadı.

Bu gün Azərbaycanın da iştirak etdiyi iclasda OPEC+ hazırda qlobal təchiztın tələbinə cavab olaraq cəmi 400 min barrel artırdı.

Energetika Nazirliyindən Banker.az-a bildirilir ki, Azərbaycan aprel ayında cəmi 36 min barrel günlük ifadədə hasilatı artırmaqla 682 min barrelə çatdıracaq.

Cari qiymətləri nəzərə alsaq, növbəti aylarda (məsələn JP Morgan-a görə 125 dollar/barrel) neftin qiymətinin 100 dollar üzərində olarsa hazırkı hasilatla Azərbaycanın günlük gəliri minimal gəliri günlük 68 milyon dolların üzərində olacaq. Bu isə minimal olaraq 2 mlrd. dollardan çox aylıq təkcə bitiumlu neftən gəlir deməkdir.

Hazırda qlobal miqyasda neftin birjalarda bahalaşması üçün əsas drayver Rusiya-Ukrayna münqaişəsidir ki, enerji təchizatı üçün böyük risklər yaradır. Kanada bu münaqişəni əsas gətirərək Rusiya neftinin alışından imtina edir. Bu sırada olan ölkələrin hazırda artması baş verə bilər ki, bu da “dar” həcmdə çıxarılan neftin təchizarında böyük risk yarada bilər.

“Standard & Poor`s Global Ratings” beynəlxalq reytinq agentliyi 2022-ci il üçün “Brent” markalı neftin bir barelinin qiyməti ilə bağlı proqnozunu 75 ABŞ dollarından 85 ABŞ dollarına, “WTI” nefti üzrə isə 70 ABŞ dollarından 80 ABŞ dollarına qaldırıb.

Səudiyyə Ərəbistanı kimi ölkələrin ehtiyat gücü və hasilatı nisbətən tez sürətləndirmək imkanlarını nəzərə alaraq bazara əlavə həcmlər gətirmək üçün təzyiqlər də artmaqdadır. S&P agentliyi bildirmişdi ki, Səudiyyə Ərəbistanı, OPEC-in digər üzvləri ilə birlikdə, bazara həcmlərin ölçülmüş şəkildə qaytarılmasını əlaqələndirmək üçün son illərdə Rusiya ilə sıx əməkdaşlıq edir, S&P analitiklərinin fikrincə, bu münasibətlər onun Rusiya ilə mövcud kvota razılaşmalarını asanlıqla poza bilməsini çətinləşdirir.

Son xəbərlər
Digər xəbərlər