Qiymətli daşlara investisiya etmə

Qiymətli daşlara investisiya etmək üçün investorun böyük məbləğə, bir qədər səbir və uyğun sahə üzrə müəyyən biliklərə ehtiyacı var. Tez bir zamanda gəlir əldə edəcəyinizə ümid bəsləməyin, çünki indi aldığınız daşı bir neçə il sonra sata bilərsiniz. Buna baxmayaraq, qiymətli daşlar məşhur investisiya aləti olaraq qalmaqdadır. 

Qiymətli daşlar bazarı qlobal iqtisadi vəziyyətə çox həssasdır. 2008-ci ildə böhranın baş verməsi brilyant və almazların qiymətinin on dəfə düşməsi ilə müşahidə olunurdu. Eyni zamanda bu daşlardan hazırlanan zinət əşyalarının da qiymətləri kəskin şəkildə aşağı düşdü.

Belə bir trendin aydın izahı var: çətin zamanlarda alıcıların qiymətli daşlara olan marağı azalır, lakin maliyyə vəziyyətinin yaxşılaşması ilə tələbat bərpa olunur və hətta böhrana qədərki səviyyəni ötüb keçir. Belə ki, iqtisadi stabillik üzrə tərəddüdlər illər üzrə hesablanır və siz uzun müddət daşların satışı ilə bağlı sərfəli təkliflərin gəlməsini gözləyə bilərsiniz.

Müəyyən mənada qiymətli daşların alınması incəsənət əsərlərinə kapital qoyuluşları ilə analoji xarakter daşıyır. Investisiya predmetinin düzgün seçilməsi ilə siz onu aldığınız qiymətdən daha baha qiymətə sata bilərsiniz.

Eyni zamanda qiymətli daşlar kifayət qədər riskli qoyuluşlardır. Alıcıların əsasən kolleksiyaçılar olduğunu nəzərə alsaq, zinət əşyasının kifayət qədər gözəl olmadığı təqdirdə maliyyə itiklərinin baş verməsi riski mövcuddur. Bu halda isə onu zinət əşyaları mağazasına və ya lombarda qoymaq qalır.

Təsdiq edilmiş sertifikatı olan qiymətli daşlara investisiya edilməsi daha az risklidir. Belə məmulatların satışı ixtisaslı dilerlər vasitəsilə həyata keçirilir. İstəkdən asılı olaraq, brilyantlarla bəzədilmiş zinət əşyası sifariş edə bilərsiniz. Hazır zinət əşyasının bir hissəsi kimi daş daha ucuza başa gələcək, lakin investisiya aləti kimi o çox da münasib olmayacaq.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.