12 C
Baku
Bazar ertəsi, Noyabr 29, 2021

Qiymətli kağızlar bazarındakı gəlirlərin vergidən azad edilməsi təklif olunur

Azərbaycanda kapital bazarının inkişafı ölkədəki banklara daha ucuz və uzunmüddətli vəsait cəlb etməyə, onların əlində daha çox maliyyə alətinin olmasına imkan verəcək.

Jalal Qasimov
Cəlal Qasımov

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının dövriyyəyə buraxılmasının ildönümü ilə bağlı keçirilən “Azərbaycan kapital bazarları: imkanlar və perspektivlər” adlı tədbirdə “PAŞA Holdinq” MMC-nin İdarə Heyəti sədrinin I müavini Cəlal Qasımov deyib.

Bundan başqa, onun sözlərinə görə, kapital bazarının inkişafı həm də korporativ müştərilərin işini asanlaşdıra, onların banklardan asılılığını azalda, investorlara birbaşa çıxış imkanlarının yaranmasına səbəb ola bilər: “Amma bunun üçün makroiqtisadi sabitlik olduqca vacibdir”.

C.Qaslmov təklif edir ki, qiymətli kağızlar bazarının inkişafı üçün müvəqqəti də olsa bu sahədən əldə olunan gəlirlər, investorlara ödənilən dividentlər vergidən azad edilməlidir.

Xatırladaq ki, hazırda yalnız Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarından əldə olunan gəlirlər vergidən azaddır.

Mənbə:Report
Son xəbərlər
Oxşar xəbərlər
X