Qiymətli kağızlar və kredit borcu səbəbindən BOKT ‘Embafinans’ın öhdəliyi 15 milyona çatıb

0

BOKT “Embafinans” MMC-nin cəmi aktivləri 2019-cu il 1 yanvar tarixinə 29 milyon 645 min manat təşkil edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 35 faizlik artım olması deməkdir.

Banker.az xəbər verir ki, bu barədə BOKT-un 2018-ci il üzrə maliyyə vəziyyəti haqqında hesabatda deyilir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Cəmi aktivlərinin 23 milyon 434 min manatı müştərilərə verdiyi kreditlər olub ki, bu da illik 7 milyon 917 min manat artım deməkdir.

“Embafinans” 2018-ci ildə qiymətli kağızlar bazarında vəsait cəlb etmək üçün buraxdığı istiqrazlar və eləcə də banklardan cəlb etdiyi kreditlər onun öhdəliklərini bir qədər artırıb. Belə ki, il ərzində Kredit Təşkilatının cəmi öhdəlikləri 9 milyon 192 min manatdan 14 milyon 463 min manata qədər artıb. Qeyd etdiyimiz kimi, artımı səbəbi borc qiymətli kağızlar üzrə 2 milyon 792 min manat və bankdan 2 milyon 355 min manat əlavə kredit borcu cəlb etməsidir.

Kredit təşkilatının cəmi faiz tipli gəlirləri 5 milyon 782 min manat, cəmi faiz xərcləri 1 milyon 263 min manat olub. Digər gəlir və xərclər fərqindən sonra BOKT-un xalis mənfəəti 1 milyon 827 min manat təşkil edib.

Bu öncəki il cəmi 569 min manat təşkil ediri.

Xatırladaq ki, bu BOKT 2012-ci ildə Azərbaycan bazarına daxil olub. Səhmdarları, Elşad Abbasov (60%) və Məşhur Məmmədov (40%) adlı fiziki şəxslərdir.

Qiymətli kağızlar və banklardan kredit borcu səbəbindən Embafinans-ın öhdəliyi