10 C
Baku
Friday, December 13, 2024

Qiymət artımının qarşısını almaq üçün nəzarət tədbirləri gücləndirilib – nazirlik

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında məzənnə dəyişikliyi ilə bağlı olmayan qiymət artımı, süni mal qıtlığı və digər sui-istifadə hallarının qarşısının alınması üçün nəzarət tədbirləri gücləndirilib.

Nazirliyin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, Dövlət Xidməti istehlak bazarında baş verən dəyişiklikləri diqqətlə təhlil edir və manatın məzənnəsinin dəyişməsindən sui-istifadə hallarına rast gəlindiyi təqdirdə, qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində manatın idarə olunan üzən məzənnə rejiminə keçirilməsi barədə qərar qəbul edib.

– See more at: http://salamnews.org/az/news/read/201450#sthash.PPfvOTzZ.dpuf

Son xəbərlər
Digər xəbərlər