12 C
Baku
Saturday, November 23, 2024

Qiymət artımının qarşısını almaq üçün ucuz mənzillər bazara çıxarılmalıdır

Yerli bank əməkdaşı Anar Əliyev ipoteka krediti haqqında fikirlərini Banker.az saytı ilə bölüşdü.

İpoteka kreditlərini kimlər götürür?

Banklarda ipoteka kreditləri şəxsin rəsmi gəlirləri nəzərə alınmaqla verilir. Ona görə bu kreditləri götürənlərin böyük əksəriyyəti özəl sahədə çalışanlardır. Dövlət müəssisələrində işçilərə aşağı məbləğdə əmək haqqı verilməsi ipoteka kreditlərini onlar üçün əlçatmaz edir.

Bu növ krediti götürməkdə problemlər daha çox nə olur?

Bəzi dövlət orqanlarında əmək haqqından əlavə qeyri-rəsmi vəsaitlər (adətən paket deyirlər) verilsə də Banklar tərəfindən ödəmə qabiliyyəti hesablanarkən nəzərə alınmır.
Bizneslə məşğul olan fərdi sahibkarlar isə adətən öz real dövriyyəsini gizlədirlər. Onların rəsmi dövriyyəsinə əsasən hesablandıqda isə yenə ödənəmə qabiliyyəti aşağı düşür.

Qiymətlərin qalxmasını nəzərə alsaq bu kreditlərə meyl varmı?

İpoteka krediti elə növ kreditdir ki onlara tələbat həmişə, qiymət artımı olsa da olacaq. Sadəcə qiymət artımı əhalidə aktivliyi müəyyən müddət üçün aşağı salacaq. Qiymət artımını aşagı salmaq üçün dövlət sifarisi ilə ucuz qiymətə mənzillər tikilib bazara daxil olmalıdır. Bir məsələ də mənzillərin harada tikilməsidir. Təbii ki dövlət sifarişli mənzillərin şəhərdən çox kənarda tikilməsi şəhərdəki qiymətlərə ciddi təsir etməyəcək. Çünki hər zona üçün ayrıca iştehlakçı qrupu vardır.

Son xəbərlər
Digər xəbərlər