“Hazırda dünyada gedən proseslər onu göstərir ki, qiymət artımları davam edəcək”.
Bunu açıqlamasında iqtisadçı deputat Vahid Əhmədov deyib. Deputat bildirib ki, Azərbaycan xaricdən kifayət qədər məhsul idxal edir.
“Avropa dövlətlərində də qiymət artımları var. Onların Rusiyadan idxal etdikləri qaz kəksin azalıb, qiymət yüksəlib. Bu, dünyada olan problemdir. Dünyanın bir hissəsi olduğumuz üçün bizə də təsir göstərir. Rusiya-Ukrayna müharibəsinin bu ilin sonuna yekunlaşması yaxşı olardı. Ticarət əlaqələrinin yenidən qurulması çox vacibdir. Belə ki, iqtisadi zəncir qırılıb. Onu qurmaq üçün müəyyən qədər vaxt lazımdır”.
V.Əhmədov xatırladıb ki, bəzən ərzaq qıtlığının ola biləcəyi ilə bağlı fikirlər səsləndirilir:
“İnanmıram ki, Azərbaycanda hansısa qıtlıq olsun. Ölkəmizin 56 milyard dollara yaxın valyuta ehtiyatı var. O baxımdan istənilən dövlətdən məhsul alıb gətirmək olar. Amma qiymət artımları üzərində işləmək lazımdır. Qiymət artımı elə olsun ki, insanlar gündəlik tələbatını ödəyə bilsin, problem olmasın”.