8 C
Baku
Thursday, November 28, 2024

Qiymət artımları dayanmır – İnflyasiya 13.2%-ə qalxdı

2022-ci ilin yanvar-avqust aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-avqust aylarına nisbətən 13.2 faiz artıb.

Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən bildirilir.

O cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 18.9 faiz, qeyri-ərzaq məhsulları üzrə 7.2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10.0 faiz təşkil etmişdir. Cari ilin avqust ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0.9 faiz, əvvəlki ilin avqust ayına nisbətən 14.2 faiz təşkil etmişdir.

123123123123123312

2022-ci ilin avqust ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1.2 faiz, əvvəlki ilin avqust ayına nisbətən 20.8 faiz təşkil etmişdir.

Cari ilin avqust ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma çörəyin, unun, peçenyenin, düyünün, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, qatılaşdırılmış şəkərli südün, kəsmiyin, pendirin, yumurtanın, bitki yağlarının, limonun, xiyarın, sarımsağın, göy lobyanın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, kakao tozunun, kola içkisinin, limonadın, pivənin, ucuzlaşma isə əsasən təzə balığın, almanın, armudun, gavalının, şaftalının, qarpızın, yemişin, üzümün, pomidorun, soğanın, kələmin, bibərin, badımcanın qiymətlərində müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

22

2022-ci ilin avqust ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100.6 faiz, əvvəlki ilin avqust ayına nisbətən 108.9 faiz təşkil etmişdir. Cari ilin avqust ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma parçaların, boyaların, mebellərin, məişət cihazlarının, işıq lampalarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, dəftərxana ləvazimatlarının, sintetik yuyuсu vasitələrin, sabunların, şampunların, diş pastalarının, ucuzlaşma isə kəsilmiş taxtaların qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

2022-ci ilin avqust ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100.7 faiz, əvvəlki ilin avqust ayına nisbətən 109.5 faiz təşkil etmişdir. Cari ilin avqust ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma mənzillərin icarə haqlarında, paltarların, ayaqqabıların, mənzillərin, məişət cihazlarının təmiri, ictimai iaşə, stomatoloji, bərbərxana, kosmetoloji və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

Son xəbərlər
Digər xəbərlər