14 C
Baku
Sunday, November 24, 2024

Qiymət nədən ibarətdir?

Bu və ya digər əmtəə və xidmətlərin satış həcmi əhəmiyyətli dərəcədə qiymətlərdən birbaşa asılıdır. Əmtəə və xidmətlərin qiymətinin müəyyən olunmasında diqqətə alınmalı əsas amillərdən biri onun elastikliyidir.

Qiymət elastikliyinin göstəricisi əhəmiyyətli dərəcədə qiymət dəyişikliyi zamanı alınan əmtəə və xidmətlərin miqdarındakı dəyişiklərdən asılıdır. Məsələn, əgər indi Mercedes avtomobil markasının qiyməti 40000 manatdır və əgər qiymət 50% artaraq 60000 manat olsa, avtomobilə olan tələb nə qədər dəyişər?

Bu avtomobil üçün qiymət elastikliyini bilərək, siz onun yeni qiymətində satışın həcmini hesablaya bilərsiniz. Məhz bu hesablamalar sizə göstərəcək ki, qiymət artımının bir xeyri var ya yox. Məsələn, əgər qiymətin belə artımı nəticəsində satışların həcmi yalnız 10% aşağı düşürsə, onda mənfəətiniz olduqca böyük olacaq. Bu və ya digər əmtəə və xidmətin qiymət elastikliyi göstəricisi vasitəsilə siz onlara elə bir qiymət müəyyən edə bilərsiniz ki, bu, sizin müəssisənin mənfəətini maksimal dərəcədə arta bilər.

Bütün bunlardan əlavə qiymət elastikliyi məhsulun ilkin zərurət malı və ya dəbdəbə məhsulu olmasından da birbaşa asılıdır. Ilkin zərurət mallarının qiymətinin dəyişməsi bir qayda olaraq, satış həcmini əhəmiyyətli dərəcədə dəyişdirmir, çünki bu məhsullar istənilən halda alınır. Lakin əgər söhbət dəbdəbə məhsullarından gedirsə, onda onlar qiymət dəyişikliyinə daha həssas olacaqlar.

Qiymət elastikliyini nəzərə alaraq məhsulun qiymətini müxtəlif üsullarla müəyyən etmək olar. Məsələn, qiymət dəyəri. Bu göstərici məhsul qiymətinin təyin edilməsinin kifayət qədər sadə və geniş yayılmış üsuludur. Onun bu və ya digər məhsulun dəyərinə tətbiq edilməsi zamanı konkret qiymət artımı faizi əlavə edilir. Məsələn, məhsul mağazaya 2 manata başa gəlib və maksimal qiymət artımı 100% ola bilərsə, onda pərakəndə satış zamanı siz onu 4 manata sata bilərsiniz. Bu üsuldan müasir dövrdə bir çox bakaleya mağazaları, mebel salonları və digər pərakəndə satış nümayəndələri geniş istifadə edirlər.

Son xəbərlər
Digər xəbərlər