9 C
Baku
Friday, November 15, 2024

Qiymət “ucuz”, tələbat çox – Azərbaycanlılar bu avtomobillərə üstünlük verir

Azərbaycanda minik avtomobillərinin sayı hər ötən gün artır. Xüsusilə gənclərin və xanımların maşın sahibi olmaq həvəsi yollarda keçilməz sədlər yaradır. Paytaxt yollarında gündəlik müşahidə etdiyimiz ucu-bucağı bilinməyən tıxaclar Bakıda avtomobil sayının normadan xeyli artıq olduğunu göstərir.

İki illik pandemiya dönəmində qiymətlərin artmasına baxmayaraq, alıcılıq qabiliyyətinin azalmadığı, əksinə artdığı deyilir.

Bəs, Azərbaycan vətəndaşları hansı marka avtomobillərə üstünlük verirlər?

Bu barədə nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, cari ilin yanvar-mart aylarının yekunlarına əsasən, Azərbaycana idxal olunan ekoloji təmiz avtomobillərin, hibrid və elektron modellərin sayında artım müşahidə olunur. Eyni zamanada bu növ avtomobillərə maraq göstərib sifariş edən vətəndaşlarımızın sayı xeyli artıb:

“Bildiyimiz kimi, yanavar ayının birindən ölkəmizə idxal olunan ekoloji təmiz avtomobillər əlavə dəyər vergisindən azad olunublar. Belə olan halda bu avtomobillərin qiyməti ölkə daxilində enib və vətəndaşlarımız üçün az da olsa əlçatan olub”.

Ekspertin sözlərinə görə, maşın bazarına üz tutan alıcılar həm ekoloji təmiz avtomobillərə, həm də mühərrik həcmi kiçik olan ekonom avtomobillərə üstünlük verirlər:

“Populyar olan avtomobil markalarındna danışsaq, vətəndaşlar bu gün krasover və mini krasover seqmentinə üstünlük verirlər. Belə avtomobillərin mühərrik həcmi 1200 kub santimetrdən -2000 kub santimetrə qədərdir. Bu, ikinci əl avtomobil bazarına aid olan informasiyadır. Birinci əl, yəni yeni avtomobillərdə vətəndaşların daha çox diqqətini cəlb edən mühərrik həcmi 2500 kub santimetr olan yeni hibrid avtomobillərdir. Bundan əlavə, biz bilirik ki, vətəndaşlarımız fərdi qaydada müxtəlif ölkələrədən özləri üçün ikinci əl avtomobillər gətirirlər. Statistikaya əsasən, avtomobillər daha çox Birləşmiş Ştatlardan gətirilir. Bunların mühərrik həcmi təxminən 1500 kub santimetrdir. Lakin digər ölkələrdən də fərdi qayda da Azərbaycana avtomobillər gətirilir”.

Ekspert qeyd edib ki, hazırda Azərbaycanda bütün avtomobil markalarının servisi mövcuddur:

 

 

 

“Bu baxımdan vətəndaşlarımız əziyyət çəkmirlər, rahatdırlar. Vətəndaşların bir qədər əziyyət çəkdiyi məqam ondan ibarətdir ki, onlar yeni avtomobil ala bilmirlər. Çünki 2015-2016-cı ilin devalivasiyasından sonra dollara nisbətən manat ekivalentində avtomobillərin qiyməti yüksəlib. Misal üçün 20 min dollara, 19 min manata olan avtomobilin qiyməti qalxaraq 35 min manat civarında olub. Buna görə də, alıcılar yeni maşın almaqda çətinlik çəkirlər. Kredit şərtləri də olduqca ağırdır. Hər kəs gedib avtomobil almağa cürət etmir. Şərtlər ağırdır, faizlər yüksəkdir. Hətta yüksək əməkhaqqı alan vətəndaşlar da kreditlə yeni avtomobil almaqda çətinlik çəkirlər. Ümid edirik ki, bu ilin sonunadək kredit qaydaları sadələşdirilər. Beləliklə, vətəndaşlarımızın yeni avtomobil almasına şərait yaranar.

Bildiyimiz kimi, mühərrik həcmi böyük olan yolsuzluq avtomobillərin gömrük rüsumları, aksiz vergiləri yüksəldildi. Bu avtomobillər hazırda çox bahadır. Məsələn, 2016-cı ildə 50 min olan yolsuzluq avtomobili  hazırda 150 min manata satılır. Bunlar da mühərrik həcmi təxminən 4700-5000 kub santimetr olan avtomobillərdir. Belə olan halda vətəndaş həmin avtomobilləri ala bilmir, daha çox mühhərik həcmi az, qiyməti ucuz olan avtomobillərə üstünlük verir. Yanacaq qiymətinin dünya bazarında durmadan artması, qiymətlərin proqnozlaşdırılmaması məsələsinə görə, insanlar düşünür ki, sərfiyyatı daha az olan avtomobillər alsınlar və müxtəlif bölgələrə səfər edə bilsinlər. Ona görə də, hazırda krasover və mini krasoverlərə üstünlük verilir. Krasoverlərin mühərrik həcmi yolsuzluq avtomobillərindən kiçik, sedanlardan böyükdür. Krasvorler həm də praktiki olduğuna görə daha çox diqqət çəkir”.

E.Cəfərov ölkəmizdə istifadəsinə daha çox üstünlük verilən avtomobil markalarını da açıqlayıb:

“Bu gün Azərbaycanda daha çox satılan maşınlar sırasında Yaponiya istehsalı olan “Toyota”nı, Cənubi Koreya istehsalı olan “Hundai” markalı nəqliyyat vasitələrini qeyd edə bilərik. Rusiya istehsalı avtomobillər də olduqca populyardır. Hazırda Rusiya avtomobil sənayesində durğunluq yaşanır. Buna baxmayaraq, ölkəmizdə Rusiyadan gətirilən avtomobillərin sayı az deyil. Rusiya avtomobilləri Bakıda və Sumqayıtdan fərqli olaraq, bölgələrdə daha çox populyardır. Çünki bu avtomobillərin təmiri çox xərc tələb etmir. Ölkəmizdə daha çox istifadə olunan Avropa istehsalı olan avtomobillərə gəlincə, “Mercedes”, “Opel” və digərlərini qeyd edə bilərik”.

 

 

 

 

 

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər