Ən qədim otellərdən olan Keten Group, 1763 -cü ildə tikilən Laleli Taş Hanı otelə çevirir.
Banker.az Türkiyə Mediasna istinadən xəbər verir ki, şirkət otelə 100 milyon lirəlik (11 817 450 dollar) bir sərmayə qoyacaq.
Geceləmə qiymətinin İstanbulun ortalamasından 3 qat yüksək olduğunu düşünülən oteldə əsasən Şimali Avropa və Amerikalı turistləri qəbul etmələri hədəflənir. İki həyəti olan otelin həyətlərindən birini mədəniyyət və sənət məkanı kimi istifadəyə veriləcək.