10 C
Baku
Saturday, December 21, 2024

Qiymətləndiricilər Palatası nizamnaməsi və ilk büdcəsini qəbul edib

Bu gün keçirilən Qiymətləndiricilər Palatasının Ümumi Yığıncağında qurumun nizamnaməsi və büdcəsi qəbul olunub.

Palata “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun icrası çərçivəsində yaradılıb və bu, qurumun ilk yığıncağı idi. Palatanın aylıq büdcəsi
30 min 677 manat səviyyəsində müəyyən olunub.

Tədbirdə qiymətləndirmə fəaliyyətinin hüquqi çərçivəsi və qanunvericilikdən irəli gələn vəzifələr, peşəkar qiymətləndiricilərin bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün proqramlar, beynəlxalq təcrübələrin və rəqəmsal həllərin qiymətləndirmə sahəsində tətbiqi, qiymətləndirmə sisteminin iqtisadi inkişafdakı rolu və gələcək prespektivlər kimi məsələlər müzakirə olunub.

Palata qiymətləndirmə xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə peşəkar kadrların inkişafı üçün təlim və sertifikasiya proqramlarının həyata keçirilməsini planlaşdırır.

Qeyd edək ki, bu yaxınlarda təsis edilmiş Qiymətləndiricilər Palatasının sədri əmlak məsələləri üzrə tanınmış ekspert Nüsrət İbrahimovdur.

Son xəbərlər
Digər xəbərlər