18 C
Baku
Friday, November 22, 2024

Qiymətlər ucuzlaşıb, ixrac düşüb: Azərbaycanın təbii qazdan gəlirləri 51% azalıb

Azərbaycanın 2024-cü ilin ilk beş ayında xaricə ixrac etdiyi təbii qazdan gəlirləri ötən ilin müvafiq dövründən 51 faiz az olub.

Bu barədə Banker.az Dövlət Gömrük Komitəsinin statistik göstəricilərinə istinadən xəbər verir.

Belə ki, ilin ilk 5 ayında təbii qazın ixrac həcmi 9.913 mlrd. kub-metr, ondan valyuta gəlirləri isə 3 mlrd. 451.14 mln. dollar təşkil edib.

Təbii qazdan ixrac gəlirlərinin düşməsində ixracın payı olsa da, əsas faktor qiymətlərin öncəki ildən daha aşağı olmasıdır. İxracın həcmi illik cəmi 16 faiz az olub.

2023-cü ilin ilk 5 ayında ölkənin xaricə ixrac etdiyi təbii qazın hər 1000 kub-metrinin qiyməti təqribən 614 dolların üzərində olsa da, cari ilin müvafiq dövründə bu rəqəmlər 348 dollar olub. Bu da qiymətlərin illik 43% daha ucuz olması deməkdir.

2023-cü ilin əvvəlində təbii qazın hər 1000 kub-metrinin Niderlanddakı qaz habındakı (TTF) dəyər 1400 dollar olduğu halda, 2023-cü ilin mayına qədər 367 dollara düşmüşdü. Cari ildə isə təbii qazın TTF qiyməti hər 1000 kub metr üçün 260-400 dollar diapazonunda qiymət oynayıb. İlin fevral və mart aylarında bir neçə ticarət sessiyasında qiymətlər 300 dollardan aşağı olub.

3242342423423

Son xəbərlər
Digər xəbərlər