Ötən il dövlət qeydiyyatından yeni keçən 366 adda dərman vasitəsinin qiymətlərinin tənzimlənməsi həyata keçirilib.
Bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.
Bununla da ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınaraq qiymətləri təsdiq edilən dərman vasitələrinin sayı 12,1 minə çatdırılıb.