21 C
Baku
Saturday, September 28, 2024

Qiymətli daşları necə seçmək lazımdır?

Brilyant

  • Karatın qiyməti: $6 mindən başlayaraq $20 minə qədər.
  • Ən qiymətli brilyantlar: 1 karatdan başlayaraq: klassik şəkildə kəsilmiş yumru brilyantlar ; mükəmməl təmizlikdə olanlar (yad qatqılarsız) ; rəngsiz və yaxud maviyə çalan çalarda; Yakutiyada, İsraildə və ya CAR-da çıxarılmış brilyantlar.trans

Zümrüd

  • Karatın qiyməti: $500 –dən başlayaraq $6 minə qədər.
  • Ən qiymətli zümrüdlər: bərabər həcmdə yayılmış tünd yaşıl rəngdə ; az saylı qüsurlarla şəffaf olanlar ; Kolumbiyada çıxarılmış zümrüdlər.
  • Tamamilə təmiz təbii zümrüd olmur.

Yaqut

  • Karatın qiyməti: $190 başlayaraq $7 minə qədər.
  • Ən qiymətli yaqutlar: zəngin çəhrayı rəngdə olanlar; təmiz və yaxud nadir xəttlər, nöqtələr, qatqılar formasında olan qüsurlarla yaqutlar ; Myanmedə çıxarılmış yaqutlar.

Sapfir

  • Karatın qiyməti: $150 başlayaraq $5 minə qədər.
  • Ən qiymətli sapfirlər: zəngin göy rəngdə olanlar (həmçinin narıncı, sarı, yaşıl və çəhrayı sapfirlər); dəyirmi  şəkildə kəsilmiş olanlar; Kəşmirdə çıxarılmış sapfirlər.

Aleksandrit

  • Karatın qiməti: $100 başlayaraq $6 minə qədər.
  • Ən qiymətli aleksandritlər: gün işığında rəngini göy-yaşıl rəngdən çəhrayı-qırmızı rəngə dəyişənlər və süni axşam işığında rəngini qırmızı-bənövşəyi rəngə dəyişənlər; Rusiyada çıxarılmışlar.

Ametist

  • Karatın qiyməti: $40 başlayaraq $200 qədər
  • Ən qiymətli ametistlər: süni işıqlandırma zamanı rəngini dəyişməyən əlvan, təmiz qırmızı- bənövşəyi rəngdə olan ametistlər; Uralda çıxardılmışlar.

Akvamarin

  • Karatın qiyməti: $80 başlayaraq $300 qədər.
  • Ən qiymətli akvamarinlər: xüsusi mavi-yaşıl çalarda olanlar; böyük ölçüdə – 10 karatlıq olanlar.

Topaz

  • Karatın qiyməti: $30 başlayaraq $150 qədər
  • Ən qiymətli topazlar: təmiz əlvan mavi rəngdə olanlar.
  • Həmçinin təmiz çəhrayı, sarı və göy rəngdə topazlar olur. Onlar daha ucuz olurlar.

Turmalin

  • Karatın qiyməti: $65 başlayaraq $500 qədər.
  • Ən qiymətli turmalinlər: çəhrayı və yaxud yaşıl rəngdə olanlar, həmçinin «paraiba» adlanan xüsusi firuzə rəngdə olanlar («paraiba» turmalinlərin ilk aşkar olunduğu Braziliya ştatının adıdır); az saylı qüsurları olan təmiz turmalinlər; 2 karatlıq ölçüdə olan turmalinlər.
Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.