“Qiymətli kağızlar bazarı haqqında” qanuna yeni anlayışların əlavə edilməsi təklif olunur.
Bu, qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, həmin yeni anlayışlar aşağıdakılardır:
– digər ticarət sistemi – Azərbaycan Mərkəzi Banknın müəyyən etdiyi və fond birjasından kənarda qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə ticarətin təşkil olunduğu sistem;
– məqbul və lazımi keyfiyyətlər – vətəndaş qüsursuzluğu, ictimai mövqeyinə görə vicdanlı və etimada layiqolma, habelə bu Qanunla nəzərdə tutulmuş hüquqları əldə etməyə imkan verən peşəkarlıq, təcrübə və işgüzar nüfuz.