10 C
Baku
Thursday, December 12, 2024

” Qiymətli kağızlar bazarı haqqında” yeni Qanun ictimaiyyətə açıqlanıb

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə oktyabrın 6-da Bakıda ” Qiymətli kağızlar bazarı haqqında” yeni Qanunun ictimaiyyətə açıqlanması ilə bağlı təqdimat mərasimi keçirilib.

Komitənin sədr müavini İlqar Muradov bildirib ki, 2008-ci ilin qlobal iqtisadi böhranı maliyyə sektorunun əksər sahələrində olduğu kimi fond bazarında da problemləri üzə çıxarıb, diqqəti bu sahədəki risklərin idarə edilməsinə, böhran sonrası tədbirlərin görülməsinə yönəldib.

Qeyd olunub ki, qiymətli kağızlar bazarında vəziyyətə nəzarət etmək, bu sahədə inkişafı təmin etmək üçün qiymətli kağızlar bazarı haqqında yeni nəsil, müasir tələblərə uyğun qanun qəbul edilib. Bundan başqa, fond bazarına dair yeni platforma hazırlanıb və 2016-cı ilin birinci yarısında bazar iştirakçılarına təqdim olunacaq.

Tədbirdə çıxış edən Dünya Bankının Cənubi Qafqazda maliyyə və özəl sektor üzrə ölkə əlaqələndiricisi Anjela Priqojina kapital bazarlarının müasirləşdirilməsi layihəsi çərçivəsində islahatların dinamizmi barədə məlumat verib.

azertag

Son xəbərlər
Digər xəbərlər